Yuxarı

Boris Conson Böyük Britaniyanın baş naziri vəzifəsi uğrunda yarışa başçılıq edir

​Boris Conson Böyük Britaniya baş naziri vəzifəsi uğrunda yarışa başçı
© Getty

Böyük Britaniyanın baş naziri və Mühafizəkar Partiyasının lideri vəzifəsi uğrunda mübarizədən üç nəfər kənarlaşıb.

"Report" "Sky News"a istinadən xəbər verir ki, səsvermənin ilk turundan sonra 10 namizəddən 7-si ikinci tura keçib.

İkinci tura keçməyənlər sabiq əmək və pensiya işləri naziri Ester Makvey, sabiq maliyyə naziri müavini Mark Harper və ölkə hökumətinin parlamentin aşağı palatasındakı nümayəndəsi Andrea Ledsomdur. Onlar mühafizəkarlardan 17 səs toplaya bilməyiblər.

Səsvermənin nəticələrinə görə, sabiq xarici işlər naziri Boris Conson (114 səs) birinci olub. Onun ən yaxın rəqibləri hazırkı xarici işlər naziri Ceremi Hunt (43) və ərzaq və kənd təsərrüfatı naziri Maykl Qouv (37) olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi