Bakı. 27 fevral. REPORT.AZ/ Böyük Briyaniya dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə faktının təsdiqini tapacağı təqdirdə ABŞ ilə birgə Suriya ordusuna aviazərbələr endirilməsini ciddi şəkildə nəzərdən keçirir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Boris Conson bildirib.
"Bunun baş verdiyini sübut edə bilsək və Böyük Britaniyanın hərəkətə keçməsi üçün çağırış alsaq, bu işi ciddi dəyərləndirəcəyik", - B.Conson deyib.