Bolqarıstanın kurort zonasında qar uçqunu baş verib

Bolqarıstanın kurort zonasında qar uçqunu baş verib Hadisə nəticəsində bir nəfər ölüb
Digər ölkələr
17 Mart , 2017 23:34
Bolqarıstanın kurort zonasında qar uçqunu baş verib

Bakı. 17 mart. REPORT.AZ/ Bolqarıstanın Bansko şəhəri yaxınlığında, Pirin dağlarında baş verən qar uçqunu nəticəsində bir nəfər ölüb.

"Report" xəbər verir ki, uçquna düşən gənc oğlanın meyiti Todorka yüksəkliyi ərazisində aşkar olunub.

Hadisə bu gün Bakı vaxtı ilə 19:20-də baş verib. İlkin məlumata görə, 23 yaşlı oğlan qar uçqununa xizək sürmək üçün qadağan olunmuş ərazidə düşüb.

Son xəbərlər

Orphus sistemi