Bolqarıstanda yük maşının qoşqusunda bağlı qalan 130 miqrant xilas edilib

Bolqarıstanda yük maşının qoşqusunda bağlı qalan 130 miqrant xilas edilib Sürücü həbs olunub.
Digər ölkələr
1 Noyabr , 2015 00:25
Bolqarıstanda yük maşının qoşqusunda bağlı qalan 130 miqrant xilas edilib

Bakı. 01noyabr. REPORT.AZ/  Bolqarıstan-Türkiyə sərhədində onlarla miqrantın olduğu yük maşını saxlanılıb. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, həmin avtomobillə suriyalı mühacirlər Avropaya gətirilib.

Məlumata görə, mineral su daşınmasında istifadə olunan avtomobilin qoşqusunda aralarında 33 qadın və 58 uşaq olan 130 mühacir aşkarlanıb. Sürücü həbs olunub.

Qeyd edək ki, hazırda Bolqarıstan-Türkiyə sərhədində hər gün ortalama hesabla yüz mühacir saxlanılır və deportasiya edilir.

Son xəbərlər

Orphus sistemi