Bolqarıstanda qaçqın düşərgələrinin ləğv olunması tələbi ilə aksiya keçirilib

Bolqarıstanda qaçqın düşərgələrinin ləğv olunması tələbi ilə aksiya keçirilib Etirazçılar ölkəyə miqrant axınının qarşısının alınması tələbini irəli sürüblər
Digər ölkələr
20 Noyabr , 2016 02:23
Bolqarıstanda qaçqın düşərgələrinin ləğv olunması tələbi ilə aksiya keçirilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Yüzlərlə bolqar paytaxt Sofiyada qanunsuz miqrantlara qarşı aksiyada iştirak ediblər. Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.

“Biz Bolqarıstanda miqrantları görmək istəmirik, biz istəyirik ki, ölkəmizə alicənab insanlar gəlsinlər”, - aksiya iştirakçıları bildirib.

Etirazçılar ölkəyə miqrant axınının qarşısının alınması tələbini irəli sürüblər. Onlar qaçqınların yerləşdiyi düşərgələri bağlamaq və qeyri-leqal gələnlərin ölkədən çıxarılmasını tələb ediblər.

Son xəbərlər

Orphus sistemi