Bolqarıstanda keçiriləcək növbədənkənar parlament seçkiləri mart ayına təyin olunub

Bolqarıstanda keçiriləcək növbədənkənar parlament seçkiləri mart ayına təyin olunub Prezident Rumen Radev bu barədə sərəncam imzalayıb
Digər ölkələr
25 Yanvar , 2017 00:13
Bolqarıstanda keçiriləcək növbədənkənar parlament seçkiləri mart ayına təyin olunub

Sofiya. 25 yanvar. REPORT.AZ/ Bolqarıstan prezidenti Rumen Radev prezident səlahiyyətlərinin icrasına başladığı 2-ci gündə 43-cü çağırış Xalq Məclisinin (Parlament) yanvarın 27-də buraxılması barədə sərəncam imzalayıb.

“Report”un Şərqi Avropa bürosu Bolqarıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi martın 26-sı tarixinə təyin olunub.

Bolqarıstan prezidenti R. Radev həmçinin ölkənin yeni baş nazirini də təyin edib. Texniki hökumətin başına tanınmış bolqar hüquqşünas və siyasətçi Oqnyan Stefanov Qercikov keçib.

O.Qerdcikov 2001-2005-ci illərdə Bolqarıstanın 39-cu Xalq Məclisinə sədrlik edib. Lakin 4 fevral 2005-ci ildə vaxtından əvvəl tutduğu vəzifədən kənarlaşdırılıb.

Bolqarıstan Konstitusiyasına əsasən yeni texniki hökumətin parlament seçkilərinə hazırlıq və təşkili ilə bağlı 60 gündən də az vaxtı qalır.

Son xəbərlər

Orphus sistemi