Bolqarıstanda hərbi vertolyot qəzası nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB

Bolqarıstanda hərbi vertolyot qəzası nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB Göyərtədə olan mühəndis sağ qalıb
Digər ölkələr
12 İyun , 2018 01:22
Bolqarıstanda hərbi vertolyot qəzası nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB

Bakı. 12 iyun. REPORT.AZ/ Bolqarıstanda "Mi-17" tipli hərbi vertolyotun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, daha biri isə xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Plovdiv şəhər hava limanında təlim uçuşu zamanı baş verib.

"Bazar ertəsi saat təqribən 20:30-da, plan uçuşu zamanı "Mi-17 Krumovo aviabazası ərazisində təqribən 50 metr hündürlükdən yerə düşüb. Onun göyərtəsində 3 nəfər olub", - deyə TASS idarənin məlumatını sitat gətirib.

Nazirlikdən bildirildiyinə görə, vertolyotun düşməsi nəticəsində iki hərbçi ölüb, bortmühəndisi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun huşu özündədir.

Bununla belə, BGNES agentliyi 2 nəfərin yaralandığını yazır.


***22:56

Bakı. 11 iyun. REPORT.AZ/ Bolqarıstanın Plovdiv şəhər aeroportu ərazisində keçirilən təlim zamanı hərbi vertolyot qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bTV telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Vertolyot gücünü itirərək 20 metr yüksəklikdən yerə düşüb və yanmağa başlayıb.

Hadisə yerinə polis və "təcili yardım" maşınları cəlb olunub. Qəzanın digər təfərrüatları məlum deyil.

Son xəbərlər

Orphus sistemi