Bolqarıstanda 430 min ev quşu "H5N1" virusuna yoluxub

Bolqarıstanda 430 min ev quşu "H5N1" virusuna yoluxub Virusa yoluxan quşların böyük əksəriyyəti ördəklərdir
Digər ölkələr
15 Yanvar , 2017 21:44
Bolqarıstanda 430 min ev quşu H5N1 virusuna yoluxub

Bakı. 15 yanvar. REPORT.AZ/ Bolqarıstan hökuməti ölkə üzrə 63 "quş qripi" ocağı qeydə alıb, 430 mindən çox ev quşu "H5N1" virusuna yoluxub.

"Report" xəbər verir ki, bu barədə Bolqarıstanın kənd təsərrüfatı və ərzaq naziri vəzifəsinin icraçısı Desislava Taneva məlumat verib.

"Novinite" agentliyi yazır ki, yoluxma daha çox Plovdiv şəhəri ərazisində qeydə alınıb. Yoluxan quşların böyük hissəsi ördəklərdir.

Tanevanın sözlərinə görə, virusun baş qaldırmasının əsas səbəbi quş yetişdirilməsi üzrə fermalarda gigiyenik normalara riayət olunmamasıdır.

Hökumət problemin aradan qaldırılmasına təqribən 540 min dollar vəsait ayırıb, lakin bu məbləğin 5 dəfə artacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi