​Bolqarıstan aramsız yağan yağışlar səbəbindən sel təhlükəsi ilə üzləşib

​Bolqarıstan aramsız yağan yağışlar səbəbindən sel təhlükəsi ilə üzləşib Hökumət məsələ ilə bağlı həyəcan təbili çalıb və vəziyyəti yerində araşdırmaq üçün nazirləri bölgələrə səfər edib
Digər ölkələr
4 Dekabr , 2014 20:32
​Bolqarıstan aramsız yağan yağışlar səbəbindən sel təhlükəsi ilə üzləşib

Bakı. 4 dekabr. REPORT.AZ/ Bolqarıstanda aramsız yağan yağışların ardından çaylarda və anbarlarda su kritik səviyyəyə çatıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, Yambol, Sliven, Haskovo, Burgas və Vidində davam edən yağışlar səbəbindən hökumət həyəcan təbili çalıb və vəziyyəti yerində araşdırmaq üçün nazirləri bölgələrə səfər edib. 

Məlumata görə, Kapitan Andreevo sərhəd-keçid məntəqəsində su basqını səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. TIR-lar Həmzəbəyli-Lesovo sərhəd-keçid məntəqəsinə istiqamətləndirilib. Səlahiyyətli şəxslər Haskovo və Kırcaalıdakı su anbarlarının daşdığı və evlərə zərər verdiyini bildiriblər. Bundan əlavə, bütün gecə dayanmadan yağan leysan səbəbindən çayların daşdığı və bəzi yerlərdə suyun səviyyəsinin bir metrə çatdığı bildirilib.

Məsələ ilə əlaqədar Meriç çayı müşahidə altına alınıb, riskli bölgələrdə yaşayan vətəndaşlara xəbərdarlıq edilib.

Elhovo şəhəri yaxınlığındakı Tunca çayında suyun səviyyəsi 3,7 metrə çatıb və bu səbəbdən bölgədə böhran mərkəzi yaradılıb.

Yambol və Slivendə üç gün davam edən leysan bir çox kənddə daşqınlara səbəb olub.

Son xəbərlər

Orphus sistemi