Yuxarı

Boliviya prezidenti 1800 məhbusu əfv edib

Boliviya prezidenti 1800 məhbusu əfv edib
Ölkə lideri artıq dördüncü dəfədir belə addım atır

Bakı. 25 dekabr. REPORT.AZ/ Boliviya prezidenti Evo Morales 1,8 min məhbusu əfv edib.

"Report"un məlumatına görə, bu barədə "France Presse" agentliyi xəbər verib.

"Hazırkı fərmanın əsas məqsədi azadlıqdan məhrum edilmiş insanların təqsirindən keçmək, tam və ya qismən əfv edilməsidir", - deyə o, mətbuat konfransında bildirib.

Moralesanın sözlərinə görə, əfv edilmişlərin siyahısına yaşı 28-ə qədər olan və beş ildən az müddətə azadlıqdan məhrum edilmiş məhkumlar daxil edilib. Bununla yanaşı, tənha qadınlar, ölümcül xəstələr, fiziki qüsurlular, həmçinin məhkəmə prosesini gözləyənlər də əfv edilənlər siyahısındadırlar.

Boliviya lideri artıq dördüncü dəfədir belə addım atır. Agentliyin məlumatına görə, Boliviyada hal-hazırda 15 mindən çox məhbus var. Onlardan üçdə bir hissəsi haqda qərar çıxarılıb. Əksər məhkumlar həbsxanalarda və islahedici müəssisələrdə cəza çəkirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi