Yuxarı

Boliviya: ABŞ beynəlxalq hüquq və BMT üçün təhlükədir

Boliviya: ABŞ beynəlxalq hüquq və BMT üçün təhlükədir
Morales bildirib ki, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi beynəlxalq qanunlara ziddir

Bakı. 30 iyul. REPORT.AZ/ Boliviya prezidenti Evo Morales ABŞ-ın Rusiyaya qarşı hərəkətini pisləyib və Birləşmiş Ştatları beynəlxalq hüquq üçün təhlükə adlandırıb.

"Report" xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.

"ABŞ belə sanksiyalarla təsdiq edir ki, onlar beynəlxalq münasibətlər, beynəlxalq hüquq və BMT üçün təhlükədirlər", - deyə prezident yazıb.

Morales qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi beynəlxalq qanunlara ziddir.

"Boliviya onları (yeni anti-Rusiya sanksiyalarını – red.) rədd edir", — deyə məlumatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi