Yuxarı

Boks əfsanəsi ABŞ prezidentliyinə namizəd olmaq niyyətindədir

Boks əfsanəsi ABŞ prezidentliyinə namizəd olmaq niyyətindədir

Bakı. 11 sentyabr. REPORT.AZ/ Amerikalı boksçu Oskar de la Hoya 2020-ci ildə ABŞ prezidentliyinə namizəd olmağı planlaşdırır.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

TMZ-nin məlumatına görə, idmançı bu fikrə reper Kanye Uestin ABŞ lideri kreslosu uğrunda yarışmaq arzusunu dilə gətirməsindən sonra düşüb.

Qeyd edək ki, 45 yaşlı boksçu peşəkar karyerasını 2008-ci ildə başa vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi