​"Boko Haram" terror qruplaşması Nigeriyanın Çibok şəhərini ələ keçirib

​"Boko Haram" terror qruplaşması Nigeriyanın Çibok şəhərini ələ keçirib Silahlılar cümə axşamı gecə saatlarında şəhərə hücum ediblər
Digər ölkələr
15 Noyabr , 2014 03:53
​Boko Haram terror qruplaşması Nigeriyanın Çibok şəhərini ələ keçirib

Bakı. 15 noyabr. REPORT.AZ/ "Boko Haram" terror hərəkatının döyüşçüləri 2014-cü ilin əvvəlində internatından 200 qız şagirdini oğurladıqları Nigeriyanın Çibok şəhərini ələ keçiriblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, silahlılar cümə axşamı gecə saatlarında şəhərə hücum ediblər və hazırda ora tam olaraq nəzarət edirlər.

Terror qruplaşması məktəbli qızları oğurladıqdan sonra dəfələrlə Çibok şəhərinə hücum edib ki, bu da bütün dünyada hiddətlə qarşılanıb.

Yerli sakinlər şəhərin çox təhlükəli olmasından şikayət edirlər. Bir çoxları yeni hücumlardan ehtiyatlanaraq digər yerlərə üz tutublar.

Nigeriya prezidenti Qudlak Conatan dəfələrlə oğurlanan qızları azad edəcəyinə vəd verib.

Son xəbərlər

Orphus sistemi