​"Boko haram" terrorçuları Nigeriyada bir şəhəri ələ keçiriblər

​"Boko haram" terrorçuları Nigeriyada bir şəhəri ələ keçiriblər Yerli sakinlər: "Şəhər alova bürünüb, çoxlu sayda insan qətlə yetirilib"
Digər ölkələr
4 Yanvar , 2015 21:25
​Boko haram terrorçuları Nigeriyada bir şəhəri ələ keçiriblər
Bakı. 4 yanvar. REPORT.AZ/ "Boko haram" terror qruplaşmasının üzvləri Nigeriyanın Baqa şəhəri və onun yaxınlığında yerləşən hərbi bazanı ələ keçiriblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, terrorçular bazaya ötən gün hücum ediblər və hökumət qüvvələri geri çəkilmək məcburiyyətində qalıb.

Şəhəri tərk etməyə müvəffəq olan yerli sakinlərin sözlərinə görə, Baqa alova bürünüb, çoxlu sayda insan qətlə yetirilib.

Baqa Borno ştatının hökumətin nəzarəti altında olan son şəhəri idi.

Bir gün əvvəl "Boko haram" silahlıları Nigeriyanın şimal-şərqində 40 oğlan uşağını əsir götürüblər.

Son xəbərlər

Orphus sistemi