Bakı. 18 yanvar. REPORT.AZ/ Nigeriyanın "Boko Haram" terror qruplaşması qonşu Kamerunda ən azı 60 nəfəri oğurlayıb.
“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Məlumata görə, terrorçular sərhədi keçərək kəndə hücum ediblər və uşaqlar da daxil olmaqla onlarla yerli sakini oğurlayıblar.
Eyni zamanda bir neçə nəfərin öldüyü bildirilir.