"Boeing" şirkəti bu il 2 minə yaxın işçisini ixtisar edəcək

"Boeing" şirkəti bu il 2 minə yaxın işçisini ixtisar edəcək Onların 305 nəfəri şirkəti könüllü tərk edəcək
Digər ölkələr
3 Mart , 2017 01:16
Boeing şirkəti bu il 2 minə yaxın işçisini ixtisar edəcək

Bakı. 3 mart. REPORT.AZ/ "Boeing Co." təyyarələrinin istehsalçısı 2017-ci ildə ABŞ-ın Sietl şəhərində 1,8 iş yerini ixtisar edəcək.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Bloomberg" məlumat yayıb.

Şirkət 1,5 min əməkdaşını ixtisar etmək niyyətindədir, daha 305 nəfər şirkəti könüllü tərk edəcək.

İxtisarlar şirkətin xərclərinin azaldılmasına dair əvvəl qəbul olunmuş strategiya fonunda işçi heyətinin optimallaşdırılması ilə əlaqədar aparılır.

Son xəbərlər

Orphus sistemi