ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb, ölənlər var

ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb, ölənlər var Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb.
Digər ölkələr
24 Fevral , 2019 01:05
ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə KHOU telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Texas ştatında, Anauak şəhəri yaxınlığında baş verib. Mayamidən Hyustona uçan "Atlas Air" hava şirkətinə məxsus "Boeing 767" yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Qəzanın təfərrüatı açıqlanmır. 

Daha əvvəl də Virciniya ştatında, Frederiksberq şəhərində yüngülmühərrikli təyyarə magistral yolun yanında yerə düşərək yanıb. 

Son xəbərlər

Orphus sistemi