Yuxarı

BMT: Yəmənin bərpasına 200 milyon dollar tələb olunur

BMT: Yəmənin bərpasına 200 milyon dollar tələb olunur

Bakı. 17 noyabr. REPORT.AZ/ Yəməndə davam edən çoxillik böhran ölkəni müasir dünyada ağır aclığa düçar edib, bərpa işlərinə başlamaq üçün onun iqtisadiyyatına təqribən 200 milyon dollar lazımdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbəri Devid Bizli Yəmənə son səfərinin nəticələrini açıqlayarkən deyib.

ÜƏP-nin məlumatına əsasən, hazırda Yəməndə 8 milyon insan aclıq astanasındadır və dinamika hələ ki, vəziyyətin yaxşılaşacağına ümid etmək imkanı vermir.

"Yeni məlumatlar bizə təqribən iki həftədən sonra təqdim olunacaq, lakin biz ehtimal edirik ki, bu, 12-14 milyona yaxın insan olacaq. Bu insanlar aclıq çəkirlər və əməli olaraq tamamilə tükənmə astanasındadırlar", - deyə Bizli bildirib.

BMT nümayəndəsi qeyd edib ki, Yəməndə humanitar vəziyyətin yaxşılaşdırılması üçün iqtisadiyyata təcili təsir etmək tələb olunur.

"Məhsulun qiyməti yüksək həddə çatıb, ölkədə iş yoxdur, milyonlarla insan qazanc mənbəyini itirib. Hesab edirik ki, Yəmən iqtisadiyyatına kömək üçün 200 milyon dollar tələb olunur", - deyə o bildirib.

Bundan əvvəl Yəməndə gedən döyüşlərdə 150-dən çox insanın həlak olduğu bildirilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi