Bakı. 11 dekabr. REPORT.AZ/ Dünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşir. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb. Bu da əhalinin 70%-ni təşkil edir.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə
"Aclıq çəkənlərin sayı 20 milyon nəfərə çatıb ki, bu da ölkə əhalisinin 70 faizini təşkil edir", - deyə o qeyd edib. Loukokun vurğuladığı kimi, bu, 2017-ci illə müqayisədə iki dəfə artıqdır.
Onun sözlərinə görə, hazırda Yəmənə 152 dövlət yardım göstərir.
Loukok bir neşə ay əvvəl bildirib ki, Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər.