Türkiyə ərazisindən Suriyaya silah daşınması məsələsi BMT TŞ-də müzakirə olunub

Türkiyə ərazisindən Suriyaya silah daşınması məsələsi BMT TŞ-də müzakirə olunub Ümumilikdə terrorizmlə mübarizə mövzusu müzakirə predmeti olub
Digər ölkələr
6 Yanvar , 2016 00:39
Türkiyə ərazisindən Suriyaya silah daşınması məsələsi BMT TŞ-də müzakirə olunub

Bakı. 6 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Rusiyanın təşəbbüsü ilə Türkiyə ərazisindən Suriyaya silah daşınması məsələsini müzakirə edib.

"Report"un "TASS" agentliyinə istinadən xəbər verir ki, mətbuata qapalı keçirilən iclas sonunda heç bir qərar qəbul edilməyib.

Təhlükəsizlik Şurasının hazırkı sədri, Uruqvayın BMT-dəki daimi nümayəndəsi Elbio Roselli bildirib ki, heç bir yeni təklif gündəmə gətirilməyib.

Onun sözlərinə görə, ümumilikdə terrorizmlə mübarizə mövzusu müzakirə predmeti olub.

Son xəbərlər

Orphus sistemi