BMT Təhlükəsizlik Şurası Qambiyanın yeni prezidentinə dəstək qətnaməsi qəbul edib

BMT Təhlükəsizlik Şurası Qambiyanın yeni prezidentinə dəstək qətnaməsi qəbul edib Şuranın bütün üzvləri sənədi yekdilliklə təsdiq edib
Digər ölkələr
19 Yanvar , 2017 23:29
BMT Təhlükəsizlik Şurası Qambiyanın yeni prezidentinə dəstək qətnaməsi qəbul edib

Bakı. 19 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Seneqalın Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (QADİB) Qambiyada səlahiyyətlərin yeni prezidentə təhvil verilməsinə əmin olmaq üçün "lazımi tədbirlər görmək" imkanı verməsinə dair təqdim etdiyi qətnaməni qəbul edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Şuranın 15 üzvünün hamısı sənədi təsdiq edib.

Qambiyanın yeni seçilmiş dövlət başçısı Adama Barrou rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Onun andiçmə mərasimi Qambiyanın Seneqalın paytaxtı Dakardakı səfirliyində baş tutub. Mərasim zamanı Qambiya ərazisi üzərində Nigeriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarələri uçuş edib.

Qambiyada siyasi böhran 2016-ci ilin dekabr ayının sonlarında ölkə prezidenti Yəhya Cammenin seçkilərin nəticələrini tanımadığını bəyan etməsindən və postunu tərk etmək istəməməsindən sonra başlayıb.

Son xəbərlər

Orphus sistemi