BMT-nin Təhlükəsizlik Şurası KXDR-nin raket sınaqları ilə bağlı iclas keçirəcək

BMT-nin Təhlükəsizlik Şurası KXDR-nin raket sınaqları ilə bağlı iclas keçirəcək Cənubi Koreya, ABŞ və Yaponiya bu xahişlə çıxış ediblər
Digər ölkələr
7 Mart , 2017 04:24
BMT-nin Təhlükəsizlik Şurası KXDR-nin raket sınaqları ilə bağlı iclas keçirəcək

Bakı. 7 mart. REPORT.AZ/ Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın həyata keçirdiyi son raket sınaqlarının müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.

"Report" "Yonhap"a istinadən xəbər verir ki, iclas artıq martın 8-də keçirilə bilər.

"Reuters"in martın 6-sı səhər Koreya Xalq Demokratik Respublikasının 1000 km-lik dörd raketi sınaqdan keçirdiyini və onlardan üçünün Yaponiyanın iqtisadi zonasına düşdüyünü xəbər verib. Bu, ABŞ və Cənubi Koreyanın ötən çərşənbə günü başladıqları təlimlərə cavab ola bilər.

Son xəbərlər

Orphus sistemi