BMT Təhlükəsizlik Şurası İranla razılaşmanı yekdilliklə təsdiq edib

BMT Təhlükəsizlik Şurası İranla razılaşmanı yekdilliklə təsdiq edib Qətnamədə Tehrana qarşı qüvvədə olan sanksiyaların tədricən aradan qaldırılması təklif olunur
Digər ölkələr
20 İyul , 2015 22:05
BMT Təhlükəsizlik Şurası İranla razılaşmanı yekdilliklə təsdiq edib

Bakı. 20 iyul. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası İranla razılaşmanı yekdilliklə təsdiq edərək, Tehrana qarşı tətbiq olunan sanksiyaların tədricən aradan qaldırılması üçün yol açıb. 

"Report"un Amerikanın səsinə istinadən verdiyi məlumata görə, BMT-nin təsdiq etdiyi qətnamədə hazırda qüvvədə olan sanksiyaların tədricən aradan qaldırılması çağırışı yer alıb.

Sanksiyalar BMT müfəttişlərinin İranın nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini təsdiq etməsindən sonra aradan qaldırılacaq.

BMT qətnaməsinin təsdiq edilməsindən sonra İranla razılaşma 90 gün ərzində qüvvəyə minməlidir. Növbəti mühüm mərhələ Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatını açıqlamasından sonra başlayacaq.

Sənədin dekabr ayında açıqlanması gözlənilir. Bu, İranın iqtisadiyyatına zərbə endirmiş sanksiyaların aradan qaldırılacağı dövr olacaq. 

Son xəbərlər

Orphus sistemi