BMT Suriyada atəşkəs rejimi tətbiq olunmasına çağırıb

BMT Suriyada atəşkəs rejimi tətbiq olunmasına çağırıb Qurum ABŞ, Rusiya, İran və Türkiyəyə müraciət edib
Digər ölkələr
6 Aprel , 2017 15:47
BMT Suriyada atəşkəs rejimi tətbiq olunmasına çağırıb

Bakı. 6 aprel. REPORT.AZ/ BMT ABŞ, Rusiya, İran və Türkiyəni Suriyada 72 saatlıq atəşkəs rejimi tətbiq olunmasına yardım göstərməyə çağırıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu müraciət Suriyadakı Bəşşar Əsəd rejiminin İdlib əyalətində törətdiyi son bombardmanlardan sonra edilib.

Xatırladaq ki, aprelin 4-də səhər saatlarında İdlibin Xan Şeyhun şəhərinin bombalanması nəticəsində 11-i uşaq olmaqla 100-dən çox dinc sakin ölüb, 500-ə yaxın mülki şəxs isə kimyəvi bombadan zəhərlənib.

ABŞ, Fransa və Böyük Britaniyanın BMT-dəki nümayəndələri bu hadisə ilə bağlı qətnamə layihəsi hazırlayaraq, qurumun Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim ediblər. Aprelin 5-də məsələ ilə bağlı başlayan müzakirələr bu gün də davam edəcək. 

Son xəbərlər

Orphus sistemi