Yuxarı

BMT: Suriyada artıq mühasirədə qalan bölgə yoxdur

BMT: Suriyada artıq mühasirədə qalan bölgə yoxdur
© Foto: "RİA Novosti"

Bakı. 9 avqust. REPORT.AZ/ Suriyada artıq mühasirədə qalan bölgə yoxdur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin Suriya üzrə xüsusi elçisinin müşaviri Yan Egelann bu gün Cenevrədə keçirdiyi brifinqdə bildirib.

"İndi Suriyada BMT meyarlarına görə, mühasirəyə alınmış bölgə yoxdur" - o deyib.

Xatırladaq ki, may ayında BMT Suriyada mühasirəyə alınmış rayonun (El Fua, Kefraya və Yarmuk) olduğunu məlumat vermişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi