BMT: Suriya-İordaniya sərhədindəki 50 min qaçqının acınacaqlı vəziyyətindən narahatıq

BMT: Suriya-İordaniya sərhədindəki 50 min qaçqının acınacaqlı vəziyyətindən narahatıq Fərhan Hak: "Bəzi ailələr un və su ilə dolanırlar"
Digər ölkələr
14 Avqust , 2017 22:36
BMT: Suriya-İordaniya sərhədindəki 50 min qaçqının acınacaqlı vəziyyətindən narahatıq
"RİA Novosti"

Bakı. 14 avqust. REPORT.AZ/ BMT-nin humanitar agentliyi Suriyanın İordaniya ilə cənub sərhədindəki 50 min qaçqının vəziyyətindən narahatdır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib.

O, qeyd edib ki, son günlər bu vilayətdə hava zərbələrinin endirilməsi xəbər verilib. Ərazidəki qaçqınların əksəriyyətinin qadınlar və uşaqlar olduğu bildirilir.

Bundan əlavə, ərzaq və tibbi xidmət çatışmazlığı kimi ağır problem də mövcuddur. "Dörd min qaçqının yerləşdiyi Xadalatdakı bəzi ailələr un və su ilə dolanırlar", - deyə Hak bildirib.

Buna görə də bəzi ailələr səhrada qalmaq riski ilə üzləşərək həmin ərazini tərk etməyə çalışırlar.  

Son xəbərlər

Orphus sistemi