BMT Somalidə baş vermiş terror aktını pisləyib

BMT Somalidə baş vermiş terror aktını pisləyib Beynəlxalq təşkilat hərbi ekstremistlərin heç vaxt qalib gəlməyəcəyini bəyan edib
Digər ölkələr
25 Yanvar , 2017 23:19
BMT Somalidə baş vermiş terror aktını pisləyib

Bakı. 25 yanvar. REPORT.AZ/ BMT-nin Somaliyə yardım üzrə missiyası bu ölkənin paytaxtı Moqadişudakı "Dayaks" otelində baş vermiş terror aktını qətiyyətlə pisləyib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, BMT Somalidəki hərbi ekstremistlərin heç vaxt qalib gəlməyəcəyini bəyan edib.

Qeyd edək ki, terror aktı zamanı 28 nəfər həlak olub, daha 50 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Yerli KİV-in məlumatına görə, mehmanxananın girişində iki partlayış baş verib. Əvvəlcə otelin qapısına partlayıcı qurğu yüklənmiş avtomobili çırpılıb.

Bundan sonra terrorçular mühafizəçilərə atəş açıblar. İkinci avtomobil isə həkimlərin və jurnalistlərin hadisə yerinə gəldikləri zaman partladılıb.

Baş verənlərə görə məsuliyyəti "Əş-Şabab" qruplaşmasının yaraqlıları üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi