BMT: Şərqi Qutada son 2 gündə 100-dən çox insan həlak olub

BMT: Şərqi Qutada son 2 gündə 100-dən çox insan həlak olub Ərazidə toqquşmalar davam edir
Digər ölkələr
8 Mart , 2018 23:37
BMT: Şərqi Qutada son 2 gündə 100-dən çox insan həlak olub
Foto: "RİA Novosti"

Bakı. 8 mart. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Şərqi Quta şəhərində son iki gündə 100-dən çox insan həlak olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik məlumat yayıb.

"Şərqi Qutada toqquşmalar davam edir. Hansı ki, son 2 gündə 100-dən çox insanın həlak olduğu bildirilir. BMT Təhlükəsizlik Şurasının fevralın 24-də qəbul etdiyi, atəşkəs rejiminin tətbiq edilməsini tələb edən 2401 saylı qətnaməsinin qəbulundan sonra quru döyüşləri və hava zərbələri zamanı yüzlərlə insanın həlak olması, minlərlə yaralının olması barədə məlumatlar daxil olur"-, deyə o bildirib.

O həmçinin bildirib ki, BMT-nin humanitar agentlikləri ərazidə təhlükəli vəziyyətə görə Şərqi Qutada Duma yaşayış məntəqəsinə humanitar yüklərlə dolu avtomobilləri göndərə bilməyiblər. 

Son xəbərlər

Orphus sistemi