BMT rohinca müsəlmanlarına qarşı soyqırıma görə Myanmanın hərbi rəhbərliyini mühakimə etməyə çağırıb

BMT rohinca müsəlmanlarına qarşı soyqırıma görə Myanmanın hərbi rəhbərliyini mühakimə etməyə çağırıb Bakı. 27 avqust. REPORT.AZ/ BMT-nin Myanmadakı beynəlxalq araşdırma missiyası Rakhayn ştatında rohinca müsəlmanlarına qarşı törədilən soyqırıma görə ölkənin hərbi rəhbərliyini mühakimə etməyə çağırıb.
Digər ölkələr
27 Avqust , 2018 12:22
BMT rohinca müsəlmanlarına qarşı soyqırıma görə Myanmanın hərbi rəhbərliyini mühakimə etməyə çağırıb
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ BMT-nin Myanmadakı beynəlxalq araşdırma missiyası Rakhayn ştatında rohinca müsəlmanlarına qarşı törədilən soyqırıma görə ölkənin hərbi rəhbərliyini mühakimə etməyə çağırıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Müvafiq sənəd sentyabrın 18-də Cenevrədə keçiriləcək BMT İnsan Haqları Şurasının növbəti sessiyası zamanı rəsmi olaraq təqdim ediləcək. Hesabat müəllifləri Myanmaya buraxılmayıblar və araşdırmalarını zərərçəkənlər və şahidlərlə müsahibələr əsasında, peyk şəkillərini, fotoşəkilləri və videoları öyrənməklə aparıblar.

Myanmadakı beynəlxalq araşdırma missiyası qeyd edir ki, ölkənin ordu rəhbərliyi mülki hakimiyyət orqanlarının zəifliyi nəticəsində Rakhayn, Kaçin və Şan ştatlarında soyqırımı, insanlığa qarşı cinayətlər və hərbi cinayətlər törədib. 

Son xəbərlər

Orphus sistemi