Bakı. 11 may. REPORT.AZ/
"2010-cu ildəki məruzədən sonra biz dövlətlərdən aldığımız tövsiyələri diqqətlə nəzərdən keçirmişik və onların yerinə yetirilməsi üçün bir çox addımlar atmışıq", - sənədi təqdim edərkən ABŞ Dövlət Departamentinin hüquq məsələləri üzrə müşaviri Meri MakLeod (Mary McLeod) bildirib.
Lakin BMT İnsan Hüquqları Şurasının bir çox ölkələrinin fikrinə görə, rəsmi Vaşinqton əvvəlki məruzə zamanı təqdim edilən tövsiyələrin əhəmiyyətli hissəsini yerinə yetirməyib və insan hüquqları sahəsində vəziyyət daha da pisləşib. Onların sırasına ABŞ-da ölüm hökmünə moratoriumun qoyulmaması, indiyədək bağlanmamış Quantanamo həbsxanası, məhkum və miqrantlarla pis rəftar, ölkənin yerli əhalisinin fikirlərinin nəzərə alınmaması, polis tərəfindən qeyri-bərabər gücün göstərilməsi, irqi ayrı-seçkilik və digər məsələlər daxildir.