BMT nümayəndəsi beynəlxalq ictimaiyyəti miqrant böhranı ilə əlaqədar tənbeh edib

BMT nümayəndəsi beynəlxalq ictimaiyyəti miqrant böhranı ilə əlaqədar tənbeh edib Piter Suterland həmçinin qaçqınlara humanist rəftarın vacibliyini vurğulayıb
Digər ölkələr
8 Sentyabr , 2015 21:08
BMT nümayəndəsi beynəlxalq ictimaiyyəti miqrant böhranı ilə əlaqədar tənbeh edib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya üzrə Xüsusi Nümayəndəsi Avropaya təsir edən miqrant böhranının qarşısını almağa kömək etmədiyinə görə beynəlxalq ictimaiyyəti, xüsusilə də Yaxın Şərq ölkələrini tənbeh edib.

"Report" "Amerikanın səsinə" istinadən xəbər verir ki, Cenevrədə çıxış edən BMT nümayəndəsi Piter Suterland bildirib ki, Suriya və digər yerlərdə müharibələrdən qaçan yüz minlərlə qaçqına yardım etmək bütün dünyanının borcudur. O bütün ölkələrin yardım etməsinin vaxtının gəlib çatıdığını qeyd edib.

Suterland, həmçinin, qaçqınlara humanist rəftarın vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi