Yuxarı

BMT-nin keçmiş baş katibi prezident olmaq istəyir

BMT-nin keçmiş baş katibi prezident olmaq istəyir
Pan Gi Mun ölkəsinin bölünmüş cəmiyyətini toparlamaq istədiyini vurğulayıb

Bakı. 13 yanvar. REPORT.AZ/BMT-nin keçmiş baş katibi Cənubi Koreyada keçiriləcək prezident seçkisində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.

“Report” “dknews”a istinadən xəbər verir ki, Pan Gi Mun məsələ ilə bağlı Cənubi Koreyanın paytaxtı Seuldakı hava limanında çıxış edib.

Beş il BMT-nin baş katibi olmuş Pan Gi Mun ölkəsinin bölünmüş cəmiyyətini toparlamaq və yenidən cənubi koreyalıları birinci dərəcəli millət etmək istədiyini vurğulayıb.

Ümumiyyətlə, bu il ölkədə növbədənkənar prezident seçkisinin keçiriləcəyi gözlənilir. Adı korrupsiya qalmaqalında hallandığından ötən il dekabrın 9-da Prezident Pak Kın Xenə impiçmenti elan edilib. Onun səlahiyyətlərini müvəqqəti olaraq baş nazir yerinə yetirir.

Bir müddət əvvəl Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanırdı. Rəfiqəsi Çxve Sun Sil prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Prokuror hesab edir ki, An Çon Pom vəzifə səlahiyyətlərini aşaraq, iş adamlarını müxtəlif qeyri-hökumət təşkilatlarına ianə verməyə məcbur edib. Prokuror bildirib ki, onlar Cənubi Koreyanın 50-dən çox şirkətini on milyonlarla dollar məbləğində ianə köçürməyə məcbur ediblər.

Xatırladaq ki, Pan Gi Munu BMT-nin baş katibi postunda Antoniu Quterreş əvəzləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi