Bakı. 16 noyabr. REPORT.AZ/ BMT-nin Baş katibi Pan Gi Mun Şimali Koreyaya səfər edəcək.
"Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, səfər yaxın bir həftə ərzində baş tutacaq.
Ekspertlər hesab edir ki, əslən Cənubi Koreyalı olan Pan Gi Munun Pxenyan səfəri iki Koreya arasında münasibətlərin normallaşmasına xidmət edəcək.