BMT-nin baş katibi Nemtsovun "ailəsinə, yaxınlarına və tərəfdarlarına" başsağlığı verib

BMT-nin baş katibi Nemtsovun "ailəsinə, yaxınlarına və tərəfdarlarına" başsağlığı verib Pan Gi Mun ümid edir ki, bu cinayətdə əli olan hərkəs mühakimə olunacaq
Digər ölkələr
1 Mart , 2015 01:57
BMT-nin baş katibi Nemtsovun ailəsinə, yaxınlarına və tərəfdarlarına başsağlığı verib

Bakı. 1 Mart. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun ötən gün Moskvada qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun "ailəsinə, yaxınlarına və tərəfdarlarına" başsağlığı verib.

"Report"un BMT-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qətl hadisəsindən "şoka düşdüyünü" vurğulayan Pan Gi Mun bildirib ki, bu cinayətdə əli olan hərkəsin mühakimə olunacağına ümid edir.

Rusiyanın sabiq Baş nazirin müavini Boris Nemtsov cümə günü 23:40 radələrində (Bakıda şənbə günü 00:40) Kremlin yaxınlığındakı körpüdə güllələnərək öldürülüb.

Polisin məlumatına görə, naməlum hücumçu maşından cənab Nemtsovun kürəyinə dörd güllə atıb.

Son xəbərlər

Orphus sistemi