BMT-nin baş katibi müsəlmanlara qarşı artan ayrı-seçkiliklə bağlı narahatlığını bildirib

BMT-nin baş katibi müsəlmanlara qarşı artan ayrı-seçkiliklə bağlı narahatlığını bildirib Pan Gi Mun cari münaqişələrin və ekstremizmin səbəblərini aradan qaldırmağa çağırıb
Digər ölkələr
18 Noyabr , 2015 10:30
BMT-nin baş katibi müsəlmanlara qarşı artan ayrı-seçkiliklə bağlı narahatlığını bildirib

Bakı. 18 noyabr. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun müsəlmanlara qarşı, xüsusilə də qaçqın və miqrantların sayına görə artan ayrı-seçkiliklə bağlı narahatlığını bildirib. "Report" xəbər verir ki, bu barədə Pan Gi Mun BMT Təhlükəsizlik Şurasının təhlükəsizlik, inkişaf və münaqişənin səbəblərinə həsr olunmuş iclasında çıxış edərkən məlumat verib.

Baş katib Paris, Beyrut və Bağdadın baş verən son terror hücumlarını qınayıb, eləcə də Rusiya təyyarəsinin Sinay yarımadasında partladılma ehtimalını xatırladıb. O qeyd edib ki, dünya ictimaiyyəti "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması tərəfindən terror təhlükəsi və hədəsinə məruz qalır. Pan Gi Mun "böyük iyirmilik" ölkələrinin antiterror əməliyyatlarında həmrəylik göstərməsini alqışlayıb.

Pan Gi Mun Təhlükəsizlik Şurasına münaqişələrin qarşısının alınması haqqında hesabat təqdim edərək Suriyada vətəndaş müharibəsinin artıq beş ildir getdiyini xatırladıb. O bildirib ki, Mərkəzi Afrika Respublikası, İraq, Liviya, Nigeriya, Cənubi Sudan, Ukrayna, Yəmən və başqa ölkələrdə münaqişələr və qanunsuzluq baş alıb gedir.

Qeyd edək ki, BMT-nin məlumatlarına görə, 2008-ci ildən bəri aktiv mərhələdə olan vətəndaş müharibələrinin sayı demək olar, üç dəfə artıb. Müasir müharibələrin əsas qurbanları isə mülki əhalidir. 2014-cü ilin sonuna olan məlumata görə, məcburi köçkünlərin sayı 60 milyona yaxınlaşıb.

Son xəbərlər

Orphus sistemi