Bakı. 19 May. REPORT.AZ/
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə baş katibinin rəsmi nümayəndəsi Farhan Hak bildirib.
F.Hakın sözlərinə görə, BMT ümumilikdə ölüm hökmünün əleyhinədir: "Baş katib başa düşür ki, məhkəmə qərarı hələ dəyişdirilə bilər və prosesləri diqqətlə izləyir".
Mayın 16-da Qahirə Məhkəməsi casusluq, həbsxanadan qaçış, 2011-ci ilin əvvəllərində kütləvi xalq iğtişaşları zaman hüquq-mühafizə orqanları qüvvələrinə hücumların təşkili ilə bağlı iş üzrə şübhəli bilinən 105 şəxs barəsində ibtidai ölüm hökmü çıxarıb. Bu şəxslər arasında sabiq prezident Məhəmməd Mursinin də adı çəkilir.