BMT-nin baş katibi Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib

BMT-nin baş katibi Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib BMT Vaşinqtonun yeni administrasiyasının beynəlxalq əməkdaşlığı gücləndirəcəyini düşünür
Digər ölkələr
9 Noyabr , 2016 19:36
BMT-nin baş katibi Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib

Bakı. 9 noyabr. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Donald Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edibş "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə baş katib beynəlxalq təşkilatın mənzil-qərargahında jurnalistlər qarşısında çıxışında bildirib.

"Mən cənab Donald Trampı ABŞ-ın 45-ci prezidenti seçilməsi münasibətilə təbrik edirəm" – deyə BMT-nin baş katibi bildirib.

Onun sözlərinə görə, beynəlxalq təşkilat Vaşinqtonun yeni administrasiyasının beynəlxalq əməkdaşlığı gücləndirəcəyini, iqlim dəyişikliyinə qarşı mübarizə aparacağını, insan haqlarını təşviqini və qlobal sosial-iqtisadi inkişafa kömək edəcəyini düşünür.

Son xəbərlər

Orphus sistemi