BMT-nin baş katibi digər ölkələri UNRWA-ya yardım etməyə çağırıb

BMT-nin baş katibi digər ölkələri UNRWA-ya yardım etməyə çağırıb Bakı. 1 sentyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quttereş ABŞ-ın BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinin (UNRWA) maliyyələşdirilməsini tamamilə dayandırması barədə qərarından təəssüf hissi keçirir.
Digər ölkələr
1 Sentyabr , 2018 05:31
BMT-nin baş katibi digər ölkələri UNRWA-ya yardım etməyə çağırıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quttereş ABŞ-ın BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinin (UNRWA) maliyyələşdirilməsini tamamilə dayandırması barədə qərarından təəssüf hissi keçirir.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə təşkilatın rəsmi nümayəndəsi Stefan Dyujarrikin BMT-nin saytındakı açıqlamasında bildirilir.

Qeyd edilir ki, baş katib digər ölkələri BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinə yardım etməyə çağırıb.

"Baş katib agentliyin zəruri yardım göstərməyə davam etdirə bilməsi üçün digər ölkələri maliyyə çatışmazlığını aradan qaldırmağa kömək etməyə çağırır", - deyə bəyanatda bildirilir.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert cümə günü jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinə (UNRWA) daha ödənişlər etməyəcək. 

Son xəbərlər

Orphus sistemi