Bakı. 5 sentyabr. REPORT.AZ/ Avqustun 25-dən bu günə kimi Myanmada baş verən zorakılıqlar nəticəsində öldürülənlərin sayı 1000 nəfəri ötüb.
"Report"un məlumatına görə, bu barədə BMT-nin xüsusi məruzəçisi Yanhi Liy "The Hindu nəşri"nə müsahibəsində xəbər verib.
"Myanmada vəziyyətin kəskinləşməsi ilə əlaqədar roxinja xalqının nümayəndələri ilə hökumət qoşunları arasında toqquşmaları zamanı 1000-dən çox insan öldürülüb", - deyə o bildirib.
Məlumata görə, daha 20 min insan yaşayış yerindən qovulub və Banqladeşlə sərhəd ərazisinə toplaşıb.