BMT Myanma hökumətini rohinca müsəlmanlarına qarşı təqibi dayandırmağa çağırıb

BMT Myanma hökumətini rohinca müsəlmanlarına qarşı təqibi dayandırmağa çağırıb BMT ekspertləri rohincalara qarşı münasibətdə insan hüquqlarının ciddi şəkildə pozulmalarına dair məlumatlarının olduğunu bildiriblər
Digər ölkələr
27 Sentyabr , 2017 13:44
BMT Myanma hökumətini rohinca müsəlmanlarına qarşı təqibi dayandırmağa çağırıb
Getty Images

Bakı. 27 sentyabr. REPORT.AZ/ BMT-nin 7 eksperti Myanma hökumətinə rohinca müsəlmanlarına qarşı zorakılıqları dayandırmaq və insan hüquqlarının ciddi çəkildə pozulmasının qarşısını almaq çağırışı ilə birgə bəyanatla müraciət edib. 

"Report" BMT-nin Mətbuat xidmətinə istinadən məlumat verir ki, qurumun mütəxəssisləri bu çağırışla Myanmanın Rakhayn ştatında baş verən faciəli hadisələrdən bir ay sonra çıxış ediblər. 

Belə ki, avqustun 25-nə keçən gecə Rakhayn ştatında bir qrup yaraqlı 26 polis postuna və hərbi bazaya hücum edib. Nəticədə Myanma təhlükəsizlik qüvvələrinin 59 əməkdaşı və 12 yaraqlı ölüb. Hökumət təhlükəsizliyin təmin edilməsi məqsədilə ştatda əməliyyatlar keçirib. BMT isə bu əməliyyatlar zamanı insan hüquqlarının ciddi şəkildə pozulmalarına və pozuntuların davam etdirildiyinə dair bilgilər əldə edib.

BMT ekspertləri rohinca icmasının üzvlərinə qarşı insan hüquqlarının ciddi şəkildə pozulmasına dair çox etibarlı mənbələrdən məlumat aldıqlarını bildiriblər. Söhbət məhkəmə prosesi olmadan qətlə adam öldürməkdən, həddən artıq güc tətbiq etməkdən, işgəncə verməkdən, kobud davranışdan, cinsi zorakılıqdan və məcburi köçkünlükdən gedir. 

Məlumata görə, hərbçilər təxminən 200 kəndi yandırıb və on minlərlə evi dağıdıb.

Son xəbərlər

Orphus sistemi