BMT Donald Tramp administrasiyası ilə sıx əməkdaşlığa ümid edir

BMT Donald Tramp administrasiyası ilə sıx əməkdaşlığa ümid edir Baş katibin müavini: "Əməkdaşlıq sahələri miqrasiya və qaçqınlardan tutmuş iqlim dəyişikliyinə qədər çoxşaxəlidir"
Digər ölkələr
15 Noyabr , 2016 12:52
BMT Donald Tramp administrasiyası ilə sıx əməkdaşlığa ümid edir

Bakı. 15 noyabr. REPORT.AZ/ BMT ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə müxtəlif sahələrdə sıx əməkdaşlığa ümid edir.

"Report" xəbər verir ki, bu barədə "Sputnik"ə təşkilatın baş katibinin müavini Yan Eliasson bildirib.

"ABŞ-ın yeni rəhbəri ilə sıx və məhsuldar əməkdaşlıq edəcəyimizə ümid edirik. Əməkdaşlıq sahələri miqrasiya və qaçqınlardan tutmuş iqlim dəyişikliyinə qədər çoxşaxəlidir", - deyə Y.Eliasson vurğulayıb.

Son xəbərlər

Orphus sistemi