Yuxarı

BMT-də Antiterror İdarəsi yaradılıb

BMT-də Antiterror İdarəsi yaradılıb
Antonio Quttereş yeni qurumun üzv ölkələrə terrorçuluqla mübarizə imkanlarının genişlənməsində əsas rol oynayacağına ümid edir

Bakı. 16 iyun. REPORT.AZ/ BMT-nin baş katibi beynəlxalq təşkilatın daxilində yeni Antiterror İdarəsinin yaradılması barədə qətnamə qəbul edib.

"Report"un məlumatına görə, bu barədə "BMT Radiosu" xəbər verib.

Baş katibin mətbuat katibi Stefan Dyujarrik bildirib ki, təşkilatın rəhbəri Antonio Quttereş yeni Antiterror İdarənin tabeliyindəki Antiterror Mərkəzinin üzv ölkələrə terrorçuluqla mübarizə imkanlarının genişlənməsində əsas rol oynayacağına ümid edir.

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quttereş fevralda beynəlxalq təşkilatın terrorçuluqla mübarizədə effektlivliyini artırmaq üçün Antiterror Mərkəzini yaratmağı təklif etmişdi.

İdarənin başçısı Baş Assambleyanın qətnaməsinə uyğun olaraq baş katibinin müavini dərəcəsini alacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi