BMT: "Cənubi Sudanda 650-dən çox uşaq silahlı qruplaşmaların tərkibində döyüşür"

BMT: "Cənubi Sudanda 650-dən çox uşaq silahlı qruplaşmaların tərkibində döyüşür" "Münaqişə bərpa olunacağı təqdirdə on minlərlə uşaq daha böyük risklə qarşılaşacaq"
Digər ölkələr
19 Avqust , 2016 15:05
BMT: Cənubi Sudanda 650-dən çox uşaq silahlı qruplaşmaların tərkibində döyüşür

Bakı. 19 avqust. REPORT.AZ/ "Bu ilin əvvəlindən Cənubi Sudanda 650-dən çox uşaq silahlı qruplaşmaların tərkibində döyüşməyə başlayıb".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) yaydığı bəyanatda bildirilib.

Sənəddə belə təcrübəyə dərhal sol qoyulması tələb edilir və münaqişənin bərpası halında on minlərlə uşağın daha böyük risklə qarşılaşacağı vurğulanıb. Eyni zamanda, UNICEF bütün uşaqların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb.

"Cənubi Sudanda yaranmış böhranın əvvəlindən - 2013-cü ilin dekabr ayından bəri yetkinlik yaşına çatmamış 16 min nəfər silahlı qruplaşmalara və ya silahlı qüvvələrə cəlb olunub. Bu prosesin dayandırılması ilə bağlı geniş siyasi öhdəliklər olsa da, təcrübə davam edir", - deyə bəyanatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi