BMT: Bu il Suriyada 700 min insan evlərini tərk etmək məcburiyyətində qalıb

BMT: Bu il Suriyada 700 min insan evlərini tərk etmək məcburiyyətində qalıb Bakı. 10 aprel. REPORT.AZ/ BMT-nin Suriyadakı humanitar koordinatoru Əli Əl-Zaatari Suriyadakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.
Digər ölkələr
10 Aprel , 2018 20:17
BMT: Bu il Suriyada 700 min insan evlərini tərk etmək məcburiyyətində qalıb

Bakı. 10 aprel. REPORT.AZ/ BMT-nin Suriyadakı humanitar koordinatoru Əli Əl-Zaatari Suriyadakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, ilin əvvəlindən 700 min insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Onun sözlərinə görə, hərbi əməliyyatlar başlayandan bu günə qədər ölkədən 5,6 milyondan çox insan qaçıb, daha 6,5 milyonu isə evlərini tərk edərək ölkənin digər ərazilərində yaşamağa məcbur olub.

Son xəbərlər

Orphus sistemi