BMT baş katibinin ofisi korrupsiya məsələsi ilə bağlı açıqlama yayıb

BMT baş katibinin ofisi korrupsiya məsələsi ilə bağlı açıqlama yayıb "Pan Gi Mun 10 ilə yaxındır qardaşı oğlu ilə əlaqə saxlamır"
Digər ölkələr
4 Oktyabr , 2016 19:40
BMT baş katibinin ofisi korrupsiya məsələsi ilə bağlı açıqlama yayıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ "Qardaşı oğlunun 590 min dollarlıq dələduzluğu ilə baş katibin heç bir əlaqəsi yoxdur".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Pan Gi Munun ofisi onun qardaşı oğlu Pan Çju Xyönün dələduzluğu ilə bağlı məsələ ilə bağlı bildirib.

"Baş katibin bu adamla heç bir əlaqəsi yoxdur və 10 ilə yaxındır qardaşı oğlu ilə əlaqə saxlamır" - ofsin bəyantında vurğulanıb.

İnformasiyaya görə, bu korrupsiya qalmaqalı ötən ilin aprelində Cənubi Koreyada "Kyungnam Enterprises" tikinti şirkətinin başçısı Son Van Çjonun ölmüdən sonra baş qaldırıb. İstintaq onun intihar etdiyini müəyyənləşdirib. Ölmündən əvvəl onun siyahı yazdığı da məlum olub. İş adamı həmin siyahıda rüşvət verdiyi şəxslərin adlarını yazıb. Orada Cənubi Koreyanın keçmiş baş naziri Li Van Qu və BMT baş katibinin qardaşı oğlu Pan Çju Xyönün də adı var. Uzun məhkəmə prosesindən sonra baş nazirə bəraət verilsə də, cinayət işi hələ bağlanmayıb.

Pan Çju Xyön şirkət başçısını əmin edib ki, əmisi tikinti işlərində Qətər kralına təsir imakanlarından yararlana bilər.

Son xəbərlər

Orphus sistemi