Bakı. 11 mart. REPORT.AZ/ Suriyadakı münaqişənin tənzimlənməsi ilə bağlı daışıqların martın 14-də tam formatda Cenevrədə keçirilməsi planlaşdırılır.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT baş katibinin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Mistura bildirib.
Onun sözlərinə görə, nümayəndələr martın 11-dən Cenevrəyə gəlməyə başlayıb və Nyu-Yorkdan olan təmsilçilərlə ilkin müzakirə martın 9-da keçirilib.
"Suriyalılar ölkənin bölünməsinə qarşıdır. Bununla belə federal dövlətin yaradılması məsələsi də müzakirə edilə bilər", - deyə Staffan de Mistura vurğulayıb.