​BMT-nin baş katibi vəzifəsinə seçki kampaniyası başlayıb

​BMT-nin baş katibi vəzifəsinə seçki kampaniyası başlayıb Makedoniyadan olan diplomat Srjan Kerim və Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç artıq öz namizədliklərini irəli sürüb
Digər ölkələr
16 Dekabr , 2015 12:16
​BMT-nin baş katibi vəzifəsinə seçki kampaniyası başlayıb

Bakı. 16 dekabr. REPORT.AZ/ BMT-nin baş katibi vəzifəsinə seçkiqabağı kampaniya başlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, BMT Adminstrasiyası başçısının seçilməsi qaydaları ilə bağlı quruma üzv olan 193 dövlətə məktub göndərilib.

Məlumata görə, BMT-nin hazırkı baş katibi Pan Ge Munun səlahiyyət müddəti 2016-cı ildə başa çatır. Onun yerinə seçiləcək şəxs vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq.

BMT Baş Assambleyasının sədri Moqens Lükketoft bildirib ki, qurumun Baş Assambleyasının keçmiş sədri, Makedoniyadan olan diplomat Srjan Kerim və Xorvatiyanın xarici işlər naziri Vesna Pusiç artıq öz namizədliklərini irəli sürüb. 

Son xəbərlər

Orphus sistemi