​BMT: 8 milyondan artıq iraqlı humanitar yardıma ehtiyac duyur

​BMT: 8 milyondan artıq iraqlı humanitar yardıma ehtiyac duyur Ölkə əhalisinin 20%-i tibbi xidmət və içməli sudan məhrum olub
Digər ölkələr
14 May , 2015 22:45
​BMT: 8 milyondan artıq iraqlı humanitar yardıma ehtiyac duyur

Bakı. 14 may. REPORT.AZ/ Humanitar yardıma ehtiyacı olan İraq əhalisinin sayı beş ay ərzində 3 miylon nəfər artıb və hazırda 8,2 milyondan artıqdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos təşkilatın Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, bu rəqəmin 2,8 milyon nəfəri 2014-cü ilin yanvarında Ənbar əyalətində baş verən münaqişədən sonra evlərini tərk etmək məcburiyyətində qalan insanlardırlar. Məlumata görə, məcburi köçkünlərin yarısı uşaqlardır.

Bununla belə insanların zorakılıq yolu ilə ələ keçirilən rayonlardan qaçma prosesi davam edir. BMT-nin məlumatına görə, təkcə ötən ay ərzində Ənbar əyalətinin Ramadi şəhərini təqribən 120 min insan tərk edib.

BMT nümayəndəsinin sözlərinə görə, İraq əhalisinin təqribən 7 milyon nəfəri, yəni 20%-i humanitar yardım və içməli sudan məhrumdur.

Son xəbərlər

Orphus sistemi