Yuxarı

BMT: 2017-ci ilin əvvəlindən 2 milyondan çox insan qaçqın düşüb

BMT: 2017-ci ilin əvvəlindən 2 milyondan çox insan qaçqın düşüb
Dünya üzrə köçkünlərin əksər hissəsi Suriyanın payına düşür

Bakı. 3 oktyabr. REPORT.AZ/ 2017-ci ildə 2 milyondan çox insan öz ölkəsini tərk etmək məcburiyyətində qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi BMT Ali Komissarının Qaçqınlarla İş üzrə İdarəsinin İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 68-ci sessiyasında çıxışı zamanı idarənin rəhbəri Filippo Qrandi bildirib.

O xatırladıb ki, 2016-cı ilin sonlarına olan vəziyyətə görə, dünyada 65,6 mln. məcburi köçkün var və beş il ərzində onların sayında artım tendensiyası qeydə alınıb.

Qrandinin sözlərinə görə, qaçqın və məcburi köçkünlərin əksər hissəsi Suriyanın payına düşür.

O qeyd edib ki, qaçqınların öz ölkələrinə qayıtması yalnız könüllülük prinsipi əsasında mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi