BMT: 2015-ci ildə Avropaya bir milyondan çox mühacir daxil olub

BMT: 2015-ci ildə Avropaya bir milyondan çox mühacir daxil olub Mühacirlərin 80 faizi Türkiyədən Yunanıstanına keçib
Digər ölkələr
30 Dekabr , 2015 21:19
BMT: 2015-ci ildə Avropaya bir milyondan çox mühacir daxil olub

Bakı. 30 dekabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bəyan edib ki, 2015-ci il ərzində dəniz vasitəsilə Avropa İttifaqına bir milyondan artıq qanunsuz miqrant daxil olub.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Ali Komissarlığın nümayəndələri bildirib ki, mühacirlərin 80 faizindən çoxu Türkiyə ərazisindən Yunanıstanın Lesbos adasına keçib. Miqrantların bir qismi isə Liviyadan Aralıq dənizini vasitəsi ilə İtaliyaya gəlib.

2015-ci ildə Aralıq dənizində təxminən 3 min 735 miqrant ya həyatını itirib, ya da itkin düşüb.

Son xəbərlər

Orphus sistemi